Onlayn veb-kamera

Rezervasiya
1. Restoranlar
2. Tarix
3. Əlavələriniz
Bakının ən yaxşı məkanlarından biri və paytaxtın ən yaxşı çimərliyi
Ana səhifə • Restoran
Amburan Beach Club

10:00 – 12:00

Klubun Qaydaları

Ödəniş Qaydaları

Bu bölmə www.amburan.com saytının ödənişlə bağlı qaydalarını müəyyənləşdirir. 

Ödəniş səhifəsinə daxil olmaqla, siz Şərtlər və Qaydaları tam olaraq qəbul etmiş olursunuz.

Ödəmə Qaydası

“Online biletin” ödənişini yalnız bank kartları vasitəsi ilə həyata keçirə bilərsiniz. 

Ödəniş etmək üçün sizdən tələb olunan məlumatları daxil etdikdən sonra ekranda çıxan məlumatlar sizə aiddirsə “Ödəniş Et” xanasını kliklədikdən sonra ödəmə səhifəsinə keçid alırsınız. Ödəniş bölməsində sizdən qeyd olunan kart məlumatlarını daxil etməyiniz tələb olunur. Tələb olunan kart məlumatları doldurulduqdan sonra debit / kredit kartınızdan ödəniş alınacaqdır.

Ödənişlə bağlı hər hansı çətinlik yaşadığınız təqdirdə kart sahibinin bankı ilə əlaqə saxlamağınız xahiş və tövsiyyə olunur.

Sayt ilə bağlı çətinlik yaşadığınız təqdirdə isə Amburan Beach Club-ın (012) 5045001 nömrəli Çağrı Mərkəzinə zəng edərək məlumat verməyiniz xahiş olunur.

Diqqət! Biletin ödənişi “Azərbaycan manatı” (AZN) ilə həyata keçirilir. Əgər ödəniş kartının valyutası başqadırsa, o zaman biletin məbləği ödənişin həyata keçirildiyi tarixə müştərinin bank hesabının valyutasına emitent bankın məzənnəsi ilə konvertasiya olunur.

Xarici banklar onlayn ödənişə görə komissiya kimi əlavə məbləğ tuta bilər. Ödəniş şərtlərini dəqiqləşdirmək üçün öz emitent bankınızla əlaqə saxlayın.

Qiymətlər Amburan rəhbərliyi tərəfindən təyin olunur və qiymətlərə ƏDV daxildir.

 

Geri qaytarma siyasəti

www.amburan.com saytından onlayn ödəniş vasitəsilə alınan xidmətlər biletin aktiv olma gününə 48 saat qalmış qaytarıla bilər. Bu, aşağıdakı şərtlər əsasında həyata keçirilir:

Qaytarılma və dəyişdirilmə şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında tənzimlənir.

Ödənişin geri qaytarılması üçün Amburan kassalarına yaxınlaşmaq tələb olunur.

Ödənişin geri qaytarılması ilə bağlı tərəfimizdən istehlakçının müştərisi olduğu banka sorğu göndərilir. Ödəniş bank tərəfindən adətən 5 (beş) iş günü ərzində müştərinin kartına geri qaytarılır.

Dəyişdirilmə və Qaytarılma şərtləri ilə bağlı suallarınızı (012) 5045001 nömrəli Çağrı Mərkəzinə zəng edərək bildirə bilərsiniz

Məxfilik və təhlükəsizlik

Müştəriyə aid bütün məlumatların məxfiliyi tam şəkildə qorunur və heç bir halda üçüncü tərəfə ötürülmür. Ödəniş etdiyiniz kredit və ya debet kart məlumatları heç bir halda qeydiyyatda saxlanılmır və dərhal silinir.

Şəxsi məlumatlarınız veb-səhifədə apardığınız əməliyyatlarla bağlı lazım olduqda tərəfimizdən sizinlə telefon və ya elektron poçt vasitəsi ilə əlaqə saxlamaq üçün istifadə olunur. Apardığınız əməliyyatlarla əlaqədar olmayan məlumatlarla bağlı tam razılığınız olmadan şəxsi məlumatlarınızdan istifadə edilməyəcək və üçüncü tərəfə ötürülməyəcək.  

Veb brauzer kukiləri
Veb-səhifəmiz istifadəçi təcrübəsini artırmaq üçün “kukilər”dən istifadə edir. İstifadəçinin veb brauzeri həmin kukiləri qeyd edib saxlamaq məqsədilə, o cümlədən bəzən onlar barədə məlumatı izləmək məqsədilə onları sərt diskə yerləşdirir. İstifadəçi kukilərdən imtina etmək üçün öz veb brauzerini tənzimləməyi və ya təyin etməyi seçə bilər, ya da kukilərin göndərildiyi zaman bu barədə xəbərdar edilməsini seçə bilər. Bunu edərkən nəzərə alın ki, veb-səhifənin bəzi hissələri lazımi şəkildə işləməyə bilər.